Haqqımızda

Rezervuar Metal Konstruksiya zavodu 1965 -ci ildə yaradılmışdır. Müəyyən illər ərzində “Aznefteximmontaj”, ”Sumqayıt quraşdırma tədarüklər zavodu”, “Sumqayıt - metal - konstruksiya” və ən sonda “Rezervuar Metal Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti adını almışdır.

Zavodun xidmət sahəsi rezervuar və metal konstrusiya işlərinin yüksək səviyyədə həyata keçirilməsidir. Bir çox dövlət müəssisələri və özəl qurumları üçün çənlərin istehsalı və metal konstruksiya işləri zavodumuz tərəfindən həyata keçirilir.

Neft və qaz inşaat sahəsində 50 ildən çox olan təcrübəmiz, yüksək ixtisaslı mühəndis heyətimizin və son texnologiyaya uyğun avadanlıqlarımızın olmağı istehsal etdiyimiz məhsulların yüksək keyfiyyətdə olmasına şərait yaradır.

Başlıca məqsədimiz keyfiyyətli, etibarlı və davamlı xidmət göstərməklə müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməkdir.