Fermalar

Metal ferma Metal ferma olduqca çətin konstruksiya olub bağlı qovşaqların əsas elementlərindən ibarətdir. Əsasən metal elementlər qaynaqla birləşdirilir, lakin bəzi hallarda pərçimlərdən istifadə olunur. Bu cür metal konstruksiyalar yüngül, eyni zamanda digər analoji sistemlərdən fərqli olaraq ağır yüklərə tab gətirə bilir. Bundan əlavə yığma fermaların quraşdırılması monolit metal və ya dəmir-beton konstruksiyalarından daha sərfəlidir. Fermaların sərtliyi düzgün seçilmiş konstruksiya sayəsində müəyyən olunur. Fermalar bir-biri ilə bəndlərlə birləşdirilən yuxarı və aşağı kəmərlərdən ibarətdir, bu isə metal konstruksiyanın müqavimətini artırır. Ferma konstruksiyası kəmərlərdən, dayaqlardan, çəpinə vurulmuş dirəklərdən və dəstəkləyici dirək və ya dayaqlardan ibarətdir. Bunların hamısı fermanın istismar təyinatından asılıdır. Fermaların metaldan hazırlanmasında məqsəd Bu konstruksiyalar divarların arasındakı geniş aşırımların bağlanması lazım olduğu bina və tikililərdə damın quraşdırılması üçün nəzərdə tutulmuşdur. Fermalardan dəmir yolu və avtomobil körpülərinin aşırımları da hazırlanır. Bundan əlavə, bu metal konstruksiyalardan körpülü və qüllə kranları hazırlanır. Bu gün fermalar, maddi xərcləri azaltmaq və konstruksiyaların ağırlığını yüngülləşdirməklə divar və sütunlar arasındakı böyük məsafələri əhatə edə bilməsi səbəbindən sənaye inşaatında geniş istifadə olunur. Metaldan olan qəsəfşəkilli dayaqlar əsasən sənaye binalarının, anbarların və idman obyektlərinin inşasında tələbat var. Metal fermaların istehsalı üçün materiallar fermaların elementləri olaraq profil boruları (kvadrat və düzbucaqlı), həmçinin relsşəkilli, T şəkilli dəmir, şveller, guşə və s. istifadə olunur. Müəyyən bir fermalar üçün elementlərin hansı hissəsi tələb olunduğunu, eləcə də neçə qaynaq və pərçim tələb olunduğunu mühəndislər hesablayır. Metal fermaların hazırlanması fermaların konfiqurasiyası məqsədindən asılı olaraq seçilir. Əgər onlar ağır yüklər altında istifadə edilərsə, relsşəkilli və T şəkilli dəmirlərdən istifadə olunur. Belə konstruksiyaların kəmərləri profil borularından (düzbucaqlı və ya kvadrat) hazırlanmışdır. Standart fermalar qaynaqla birləşdirilmiş ziqzaq olan bucaqdan istifadə edilir. Fermaların karkası yuxarı və aşağı kəmərlər vasitəsilə formalaşır və bir qəfəs şəklində olan dayaq və dirəklər yüklərə qarşı fermalara davamlılıq və sabitlik verir. Konstruktiv xüsusiyyətləri və fermaların növləri:
  • Asma
  • Aralıq dayaqlar ilə;
  • Meylli
Formasına görə:
  • Tağşəkilli
  • Düzbucaqlı
  • İki tərəfə maili;
  • Bir tərəfə maili.
Konturda aşağıdakılar var:
  • Paralel bir kəmər ilə. Düz damlar üçün daha uyğundur. Bütün hissələri eyni ölçüdə olduğu üçün tez yığılırlar.
  • Bir tərəfə maili. Bu fermaların hazırlanmasına daha az material tələb olunur, ancaq onlar əhəmiyyətli dərəcədə yüklərə tab gətirə bilər.
  • Çoxbucaqlı. Ağır yüklərə tab gətirə bilərlər, ancaq onları quraşdırmaq daha çətindir.
  • Üçbucaqlı. Bu fermalar, böyük əyilmə mailliyi olan damlar üçün ən yaxşı seçimdir. Bu quruluşların çatışmayan cəhəti çoxlu tullantının olmasıdır.
Əyilmə bucağı:
  • 22-30. Bu cür fermalardan mənzil və yaşayış binalarının tikintisində istifadə olunur. Əsas müsbət cəhəti isə kiçik kütlə və üçbucaqlı forma növü ən çox tələb olunur.
  • 15-22. Maksimum uzunluq təxminən 20 m-dir. Uzunluq daha çox olarsa, alt kəmər qırıq hala gətirilir.
  • 15 və daha az. Bu cür fermaların əsasən trapesiyaya bənzər görünüşü var. Dayaqların istifadəsi uzunlamasına yüklərə qarşı müqaviməti artırır.
Ferma konstruksiyalarının üstünlükləri:
  • Yüngül çəki;
  • Uzunmüddətli istismar;
  • Ağırlığa yüksək davamlılıq;
  • Mürəkkəb konfiqurasiya yarada bilərsiz;
  • Materialların və quraşdırma işlərinin məqbul qiyməti. Bu istənilən növddə qurğu qurmağa imkan verir.